18 
apr
2023
19:56
68

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şok_Şok: DYP-nin kapitanı "marşrut"un istiqamətin dəyişməli oldu

18 apr, 2023
19:56
1668

Artıq bir neçə gün öncə xəbər portallarımızda Masallı Dövlət Yol Polis rəisinin müavini Ramal Ağamməddovun atası Məmməd Ağammədovun kəndlərində ki kustar üsulla hazırlanan kömürləri respublikamızın müxtəlif bölgələrinə daşınmasında polis oğlunun müstəsna rolu olması, yəni onun sayəsində heç bir maneə olmadan yoldakı postlardan rahat keçməsi, əmisinin sürücülük vəsiqəsi olmadan Masallı ərazisində maşını rahat idarə etməsi və s... barədə məlumat vermişdik,
Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan bu işi nəzarətə götürüb araşdırmağı da xahiş etmişdik.

Məsələnin görünən tərəfi odur ki, Ramal Ağammədov vəzifə və nüfuzundan geninə- boluna sui-istifadə edərək öz yaxın qohumları üçün hər tərəfli münbit şərait yaradıb.

Azerinfotv.com saytı xəbər verir ki, bizə çatan məlumata görə, polis kapitanı Ramal Ağammədov haqda sosial şəbəkələrdə yayılan məlumatdan sonra , dərhal o, "marşrutun" istiqamətini dəyişdirməli olub.

Beləki o, 10 aprel 2023-cü il tarixdə heç bir sürücülük vəsiqəsi olmayan yaxın qohumlarından biri üçün vasitəçilik edərək Lənkəran "MERO"-dan sürücülük vəsiqəsi alıb. Eyni zamanda bölgələrə daha yaxınlarının yox, digər yerlərdən gələn maşınlar vasitəsilə kömür kisələri daşınır.

P.S. Görəsən aidiyyatı qurumlar niyə bu məsələni nəzarətə götürüb nə bir araşdırma apardı, nə də reaksiya verdilər!

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq

Bizimlə əlaqə saxlayın