E-mail: [email protected]
Bərdədə fəaliyyət göstərən ət satışı mağazasında mənşəyi məlum olmayan ət aşkarlanıb
Bərdə rayonu, Güloğlular kəndində fiziki şəxs Quliyev İxtiyar İlham oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı mağazada baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən, kəskin qoxuya malik, orqanoleptik göstəricilərinə görə texniki normativ hüquqi aktların tələblərinə uyğun olmayan 29 kq ət aşkarlanıb. Həmçinin aparılan araşdırmalar zamanı sahibkarın istehlakçıları aldadaraq, camış ətinin dana əti adı altında satışa çıxardığı müəyyən edilib. Sınaqların aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Eyni zamanda istehlaka yararsız ət saxlanca qoyularaq dövriyyədən çıxarılıb. Araşdırmalar davam etdirilir.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazid fəaliyyətdən yayınmağa çağırır.