13 
may
2023
12:30
58

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bu gündən hava soyuyur, yağış yağacaq

13 may, 2023
12:30
1358

Bakıda və Abşeron yarımadasında bu gün axşamdan mayın 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 
“Azərbaycan Reallığı” Milli Hidrometeorologiya Ximətinə istinadən xəbər verir ki, mayın 13-ü və 14-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

Bizimlə əlaqə saxlayın