E-mail: [email protected]
Şəmkirdə məskunlaşan məcburi köçkünlər fəryad qoparır-“Azərişıq” 15 köçkün ailəsini “işıq” üzünə həsrət qoyub -VİDEOŞİKAYƏT
Bu gün zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı mövqe tutur. Qərbin enerji tələbatının ödənilməsinə isə önəmli töhfə verir.Amma nədənsə bu siyasətə zərbə vuran bəzi oliqarx məmurlar var ki, öz vətəndaşlarının enerji təminatını təmin etməkdə problemlər yaradır.Bu isə öz növbəsində Prezidentin məcburi köçkünlərlə bağlı dövlət siyasətində göstərmiş olduğu diqqət və qayğıya qarşı birbaşa sayqısızlıqdır.
Mayın 12-də Şəmkir rayonun Yenikənd Su anbarının inzibati binasında məskunlaşan Kəlbəcərdən olan 15 ailə işıq problemi ilə əlaqədar etiraz aksiyası keçiriblər.
Bu haqda Dünyanınsəsi.Az saytına ərazidə məskunlaşan köçkünlər tərəfindən video-şikayət daxil olub.
Şikayətçilərin bildirdiyinə görə 3 gündür ki, Samux Elektrik Şəbəkəsinin rəhbərliyi tərəfində onlara verilən elektrik enerjisi dayandırılıb.
Səbəb olaraq göstərilib ki, ərazidə məskunlaşan köçkünlərin elektrik enerjisindən istifadəyə görə xeyli miqdar yığılan borcları vardır.
Halbuki sözügedən inzibati binada məskunlaşan 13 köçkün ailəsinin isə sayğaclarında göstərilən balanslarında 3000-4000 manat arası istifadə etmədikləri limtləri var.
Buna baxmayaraq bu gün həmin ailələr də bəzi şəxslərin məsuliyyətsizliyi ücbatından enerjidən istifadə edə bilmirlər.
Digər köçkün ailəsi Qəribova Mərcan İbad qıızının ailəsinin guya “Azərişıq” ASC-yə 38000 manat borclu olduğu bildirilib.
Məlumat üçün qeyd edək ki,uzun illərdir ki, bir qayda olaraq “Qaçqınkom” dövlət büdcəsindən hər bir köçkün ailəsinin enerjidən istifadə etdiyi limitə görə “Azərişq”a ödənişlər edirdi.Son illər isə köçkünlər məskunlaşdığı inzibati binalarda hər abonent sayğacla təmin edildiyindən özləri israf etdikləri enerjiyə görə ödənişlər edir.
Belə olan halda sual olunur 30 ildir elektrik enerjisndən istifadə edən sözügedən ailə əgər elektrik enerjisindən istifadəyə görə ödəniş etmirdisə nədən “Azərişıq” ASC -nin müvafiq qurumları bu qədər vəsaitin yığılmasına göz yumub?
Əlavə olaraq Qəribovlar ailəsi bildirirlər ki,bizim nə zavodumuz var, nə də ki,hər hansı bir istehsal sahəmiz.Bu qədər yəni 38000 manat rəqəmini Samux Elektrik Şəbəkəsi haradan fikirləşərək tapıb?
Vətəndaşları 3 gündür işıqsız qalan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının isə dünyadan xəbəri yoxdur.Kəlbəcərdən olan şikayətçilər bildirirlər ki, bu haqda kənd icra nümayəndəsinə eləcə də rayonun icra başçısına rəsmi olaraq məlumat vermişik.
Şəmkir ərazisində məskunlaşan köçkünlər yaranan problemlə bağlı hətta Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Şəmkir rayon üzrə nümayəndəliyinə də məlumat veriblər.O, isə köçkünlərə bildirib ki, mənlik deyil, gedin öz rayonunuzun icra başçısına deyin.
Bu günə qədər məcburi köçkünlərin borcu çox idisə, vətəndaşlara verilən limit miqdarını aşmışdırsa niyə vaxtında “Azərİşıq” ASC-nin Qərb Regional İdarəsi abonentlərə verilən işıqları kəsmiəyib?
Köçkünlərin məskunlaşdığı ərazidə qazlaşma getməyib deyə, əhali yalnız elektrik enerjisindən istifadə edir. Hazırda havaların soyuq və yağışlı keməsinə baxmyaraq aidiyyatı qurumlar azyaşlı körpə və ahıl yaşlı qocaları nəzərə almaqla tez bir zamanda vətəndaşlarının enerjiyə olan tələbatlarını təmin etməlidirlər.
Redaksiya olaraq inanırıq ki, yaranmış olan probləmlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi eləcə də “Azərişıq” ASC-nin sədri hörmətli Vüqar Əhmədov cənabları aidiyyatı üzrə müvafiq araşdırmalar aparıb zavallı köçkünlərin “işıq” problemlərini həll edəcəkdir.
Səsləndirilən idddialarla bağlı qarşı tərəflərin də mövqeyini dərc edə bilərik.
Kəlbəcərli köçkünlərin video-şikayətini təqdim edirik:
"Turkdunyasi.az"