28 
may
2023
17:30
153
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
9 saylı “Yol-İstismar” MMC-nin və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işbirliyi fəlakətə yollar açır
28 may, 2023
17:30
7153
"Turkdunyasi.az" xəbər verir ki, Faktdır ki, ətraf mühitdə əmələ gələn istənilən növ problemlərin aradan qaldırılması, zaman-zaman aidiyyatı dövlət qurumlarının qarşısında duran məsələlərdən biri olub. Ona görə də ətraf mühitin, meşə zolaqlarının, ümumiyyətlə yaşıllıqların mühafizə olunması və qorunması, daim aktuallığı ilə diqqəti cəlb edib. Belə bir səbəblər üzündəndir ki, hələ bir neçə il bundan əvvəl ölkə rəhbəri cənab İlham Əliyev, bu yöndə əmələ gələn problemlərin varlığına xüsusi diqqət yetirdi və problemlərin aradan qaldırılması məqsədilə aidiyyətı qurumlara müvafiq tapşırıqlarını da verdi. Ölkə rəhbərinin belə bir addımını atmasına, məhz bir çox amillərin varlığı əsas səbəb oldu. Hətta, cənab Prezident meşə zolaqlarında və digər ərazilərdə ağacların qanunsuz yollarla kəsilməsinin, ekologiyaya hansısa formada zərərin vurulmasının yolverilməz olduğunu da dilə gətirdi. Belə bir hallara qol qoyan şəxslərə qarşı ciddi mübarizə tədbirlərinin görüləcəyini, həmin şəxslərin məsuliyyətə cəlb olunmalı olduqlarını Nazirlər Kabinetinin 13 aprel 2014-cü il tarixli iclasında vurğulayaraq bildirir ki, “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların qanunsuz kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir. Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”. Bəli, cənab İlham Əliyev tərəfindən belə bir tapşırıqların verilməsi, məhz ölkə rəhbərinin ətraf mühitlə bağlı ortaya qoyduğu mövqeyi olur. Bu da onu söyləməyə əsas verir ki, ölkəmizin hər bir ərazisində yaşıllıqların salınması, ekoloji tarazlığın qorunması və s. istiqamətində müəyyən tədbirlərin görülməsinə, qanunsuz ağac kəsilmələrinə, ekologiyamıza hansısa formada zərər vuranlara qarşı ciddi mübarizə tədbirləri görülsə də, təəssüf hissi ilə qeyd edək ki, bu gün də yaşıllıqların məhv olunması, meşə zolaqlarının qanunsuz yollarla kəsilməsi, ekologiyamıza zərər vurulması hallarına qol qoyulur. Məsələn, adicə bir faktı qeyd edək ki, redaksiya əməkdaşlarımız 18 may 2023-cü il tarixdə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, İsmayıllı rayonunun Xanagah kəndi ərazisində İsmayıllı rayon 9 saylı “Yol-İstismar” MMC-nə məxsus asfalt zavodun ətraf mühitə hədsiz dərəcədə zərər vurmasının şahidi olurlar. Yəni, Xanagah kəndi ərazisində meşə zolaqlarının içində, daha dəqiq desək təbiətin gəzməli-görməli ərazisində ekologiyaya ciddi zərərin vurulması, sanki əməkdaşlarımızı şoka salır. Onlar bu problemlə bağlı onu dəqiqləşdirə bilirlər ki, Xanagah kənd sakinləri bu haqda dəfələrlə aidiyyatı dövlət qurumlarına, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə yazılı və şifahi müraciətlərini çatdırsalar da, bu problemlə bağlı bir kimsə heç bir tədbirini görmür. Yaşanan bu problemlə bağlı əməkdaşlarımız belə bir məlumat da əldə edirlər ki, 9 saylı “Yol-İstismar” MMC-nə məxsus asfalt zavodun Girdıman çayı ətrafına köçürülməsi məqsədilə çay kənarında boş ərazi ayrılsa da, hansısa səbəbdən zavodun köçürülməsi hələ də öz həllini tapmayıb. O halda ortaya belə bir sual çıxır ki, görəsən bu zavodun köçürülməsi ilə bağlı ayrılan vəsaitlər hara xərclənir? Xanagah kənd sakinləri bu məsələdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini daha çox günahkar bilirlər. Çünki, dəfələrlə bu idarənin rəhbərliyinə kənd sakinləri tərəfindən müraciətlər olunduğu vurğulansa da, bu yöndə heç bir tədbir görən olmur. Bu da onu ehtimal etməyə əsas verir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbər şəxsləri hər ay İsmayıllı rayon 9 saylı “Yol-İstismar” MMC-dən “haqq-hesab” alırlar ki, onlar bu məsələdə susurlar. Başqa nə səbəb ola bilər?
Bəli, bu gün ölkə rəhbəri hər bir vəzifə sahibinə azımi tapşırıqlarını verir, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbəri və bu şəxsin himayə etdiyi şəxslər isə, verilmiş tapşırıqlardan irəli gələn addımlarını atmaq əvəzinə, düşünüb-daşındıqları addımlarını atmaqda davam edirlər. Deməli, bu məmləkətdə hər kəsin Vətən sevgisi olmalıdır ki, vətənini, xalqını sevə bilsin. Diqqəti bir məqama da yönəldək ki, ölkə rəhbəri ilə bərabər, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva və ailə üzvləri, müəyyən vaxtlarda “hərəyə bir ağac əkək” adı altında marafon tədbirləri həyata keçirilər. Atılan addımlar zamanı onminlərlə ağaclar əkilir, yeni-yeni yaşıllıqlar salınır, bir sözlə ekologiyamızın qorunması istiqamətində lazımi addımlar atılır., Bu belə olduğu halda, görəsən ekologiyamızın varlığına “qənim kəsilənlər” atılan addımlardan niyə ibrət dərsi götürmürlər?. Yoxsa zamanı çatmayıb? Odur ki, gəlin bu haqda həm düşünək, həm də bir qədər götür-qoy edək. Çünki...
P. S. Hörmətli oxucular! Biz bu yöndə araşdırmalarımızı davam etdirəcəyik və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi rəhbərliyinin son dörd-beş ay ərzində hər kəsi şoka sala biləcək qanunsuz əməllərini geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləyin ki, yazdıqlarımızdan xəbəriniz olsun!