16 
iyn
2023
18:00
140

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı

16 iyn, 2023
18:00
13140




“Azərenerji” ASC-nin şefi Balababa Rzayevin vəzifədən-vəzifəyə yüksəltdiyi korrupsioner kadrı, qurumda İstehsalat üzrə Operator rəisi Üzeyir Yusifovun barəsində apardığımız arşadırmanın davamı olaraq qeyd etmək istərdik ki, geniş yayılmış yazı bəzi saytlardan silinib. Amma buna baxmayaraq Üzeyir Yusifovun işlədiyi kollektivdən onun barəsində daha maraqlı məlumatlar verilir.

Xatırladaq ki, Yusifov Üzeyir Milan oğlu 2000-ci ilə qədər “Azərenerji” ASC-nin Xüsusi Təkmilləşdirmə Quraşdırma Mərkəzinə (XTQM ) rəhbərlik etdiyi dövrdə DRES-lərin təmir işlərinə baxdığı zaman dövlət əmlakının külli miqdarda mənimsəmə faktı üzrə mərhum president Heydər Əliyevin birbaşa göstərişi ilə barəsində CM-nin 179.3.2 maddəsi üzrə cinayət işi başlanmış və həbs edilmişdir. Üç illik həbasxana həyatından sonra, yəni 2003-cü ildə dövlət büdcəsinə vurduğu 1 milyard 11 milyon manat ( manatın indiki kursuna görə 22 446 manat ) taladığı vəsaiti formal “ödədikdən” sonra, yəni himayədarlarının ( O vaxtlar Ali Məhkəmədə hakimi olmuş Zeyqəm Hüseynovun) köməkliyi sayəsində azadlığa çıxmışdır. Yəni, 2003-cü ildə Ulu öndərin vəfatından süi-istifadə edən işbazların köməkliyi sayəsində. Üzeyir Yusifov azadlığa çıxdıqdan sonra bir müddət işsiz qalmış, sonradan“Azərenerji” şefi Balababa Rzayevin sayəsində işə qəbul edilmişdir. Hazırda sözügedən qurumda korrupsiya əməllərini davam etdirir və elə bu kimi xidmətlərinə görə o, Balababa Rzayevin təqdimatı əsasında 18 oktyabr 2019-cu ildə “ƏMƏK” ordeni də almışdır.

Ötən yazıda Üzeyir Yusifovun 2018-ci ildən sonra sürətlə əsassız varlanmasını təsdiq edən və ümumi dəyəri milyonlarla ölçülən varidatının bizə məlum olan siyahısını təqdim etmişdik. Qeyd etmişdik ki, bütün əmlakları şəxsi sürücüsü Rauf tərəfindən həyat yoldaşı Yusifova Suğra Hüseyn qızının adına sənədləşdirilib. Suğra xanım da bəyan edir ki, kim əmlaklarımızın mənbəyini soruşarsa cavab verəcəyəm ki, rəhmətlik atasından qalıbmış. O zaman təbii sual çıxır ki, ay Syuğra xanım sənin hazırda Mingəçevirdə yaşayan qardaşın evini hələ də təmir etdirməyə pul tapmır, bəs atan niyə doğma oğluna kömək etmədi, amma 2022-ci ilin Range Rover avtomobilinə 250 min manat pul saydı və qızına bağışladı? Və digər əmlaklara həmçinin. Axı Surğa xanım nə ali təhsilli mütəxəsis, nə də bizneslə məşğul olan bir iş adamı deyil. Nə də rəsmən bu günə qədər 3 günlük əmək stajı da yoxdur. Eləcə də qızı Aysunun. Cəmi 1 il pedaqoji staj yazdırıb özünə və dəyəri 600 000 manat olan Xətai rayonun 55 saylı orta məktəbin qarşısında özünə gözəllik salonu alıb.İş yoldaşlarının verdiyi məlumata görə Üzeyir Yusifov hətta kürəkəni Elnura da 110 000 dollara MERCEDES Maybək markalı yeni bahalı avtomobil alıb hədiyyə etməyi yaddan çıxarmayıb. Maraqlıdır, “Azərenerji” ASC-də adi bir idarə rəisi olan Üzeyir Yusifovda yaxınlarına yuxarıda sadaladığımız bahalı hədiyyələri almağa pullar hardandı? Bu hələ harasıdır.


“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı
“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı
“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı

Üzeyir Yusifov görün aylıq mmaşı bəlli olmayan xanım işçisinə görün nə kimi hədiyyələr edib. Üzeyir Yusifovun eləcə də ən çox önəm və dəyər verdiyi “savadlı” işçisi olan 24 yaşlı Mehin Zeynalovaya bahalı hədiyyələr alıb. Üzeyir Yusifovun bu xanıma hədiyyə etdiyi əvvəlki KİA markalı avtomobilini 2022-ci ildə toyundan 1 ay əvvəl Zirə yolunda törətdiyi avtoqəzada yararsız hala düşmüşdür. Onun əvəzinə səxavətli rəis yeni 90 MY 290 dövlət nömrə nişanlı, SOUL markalı yeni avtomobili alıb hədiyyə edib ki, qız piyada qalmasın. Bütün sənədləşməni də Mehinin adından Üzeyirin etibarnaməsi ilə sürücüsü Rauf həyata keçirib. Niyə işçisinin avtomobil problemini Üzeyir Yusifovun xidməti avtomobilinin sürücüsü həyata keçirməlidir? Niyə Mehin Zeynalovanın anasının adına Masazır qəsəbəsində balaca villa alıb verməlidir? Saray qəsəbəsində yenə Mehinin anasının adına 12 sot torpaq sahəsi alıb hədiyyə etməlidir? Hardandı bu pullar Üzeyir Yusifovda?

“Azərenerji” ASC-nin adi bir idarə rəisində hamıya bahalı hədiyyələr almağa pullar hardandı

Bunlardan əlavə Üzeyir Yusifov iş vaxtı yalnız Mehin Zeynalovaya külli-ixtiyarı verərək işçilərin üstünə qışqırmağı, onları təhqir etməyi, hətta onlardan imtahan götürməyi də rəva bilir. İndi də müdiri onu doktoranturaya hazırlayır. Verilən məlumatda o da xüsusi vurğulanır ki, rəis bütün regionların QRES və DRES lərindən gələn hesabatları guya Mehin Zeynalova yüksək dəqiqliklə hesablayır. araq istehsal zamanı nə qədər yağ itkisi olduğu barədə rəsmi arayış hazırlayır və “Azərenerji” şefi Balababa Rzayevə hesabat verir. İşçilər qeyd edirlər ki, bütün bunları Üzeyir Yusifov əvvəlcədən hesabatı hazırlayır və kollektivə bəyan edir ki, bunu “Azərenerji”nin ən savadlı kadrı olan Mehin Zeynalova dəqiqliklə hesablayıb tərtib etmişdir. Budur, 2022-ci ilin iyun ayının 28-də müdir Üzeyir Yusifov bütün kollektivin hamısnı bir nəfər kimi Mehinin Neolit şadlıq evinin arxasında olan möhtəşəm restoranda toyuna dəvət etmişdi. İşçilərin də hamısı çörəklərinin xətrinə məcburən toya gəlib Mehinə köməklik göstərmişlər. Mehin xanım da bu toydan az sonra nə oldusa boşandı.aktualinfo.org
Kollektivdən onu da bildirirlər ki, Mehin Zeynalova bir neçə il əvvəl işə başlayanda ayağında rəngi pasdan bilinməyən krasovkası, əynində ağ köynəyi və könhə cins şalvarı vardı. İndi Mehinin təkcə həftədə makiyajına verdiyi pul bizlərin aylıq maaşı qədərdir. Maraqlıdır, görəsən Üzeyir Yusifovun aylıq əmək haqqı nə qədərdi ki, hamıya bahalı hədiyyələr almağa çatdırır?

Bizimlə əlaqə saxlayın