20 
iyn
2023
12:00
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Bəzi həkimlərin maaşa əlavələri kəsiləcək

20 iyn, 2023
12:00
984

“Həkim və mütəxəssislərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin əmri ilə monitorinq komissiyası yaradılması nəzərdə tutulub”.
APA xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.
O bildirib ki, komissiya tərəfindən bir həkim-mütəxəssis altı aylıq əsaslarla monitorinqdən keçiriləcək:
“Monitorinqdən müvəffəqiyyətlə keçən həkim-mütəxəssislərə həvəsləndirici ödənişlərin və əlavələrin ödənilməsi daha bir il uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərin həvəsləndirici ödənişləri və əlavələri kəsiləcək”.
Vüqar Qurbanov qeyd edib ki, qiymətləndirmə zamanı həkimin peşəkarlığı və şəxsi keyfiyyətləri nəzərə alınacaq.

Bizimlə əlaqə saxlayın