E-mail: [email protected]
Şəkinin kəndində meyvə ağacları odun əvəzi yandırılır: İnsanlar bir maşın oduna 500-600 manat verirlər - VİDEO
“Xezerxeber.az"ın məlumatına görə, Şin kəndində 270-dən çox ailə yaşayır.
Kəndin başlanğıcına qədər gətirilən magistral qaz xəttindən qonşu Baş Laysqı, Baş Göynük kəndlərinə xətt çəkilsə də, uzun illərdir Şin kənd sakinlərinə qaz çəkilmir.
Kəndi əhatə edən dağ sıldırımlı olduğu üçün ilboyu odun işlətməyə məcbur olan insanlara bir maşın odun 500-600 manata başa gəlir.
İllərdir qazsızlıqdan əziyyət çəkən sakinlər əlacsız qalıblar. Vəziyyətdən çıxış yolu kimi kənd sakinləri həyətyanı sahələrində olan meyvə ağaclarını qırıb yandırırlar.
Problemlə bağlı “Azəriqaz” İstehsalat Birliyindən sorğumuza cavab olaraq bildirildi ki, Şəki şəhərinin yeni yaşayış massivi və Şin kəndinə qaz çəkilişi gündəmdədir. Növbəti mərhələdə bu kəndə qaz çəkilişi qurumun gündəliyindədir. Ümumilikdə isə Şəkinin 92 faizindən çox hissəsində qazlaşma həyata keçirilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: