16 
iyl
2023
11:30
71

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Çörəyin qiyməti bu tarixdən ENƏCƏK - RƏSMİ

16 iyl, 2023
11:30
1171

İyulun 17-dən etibarən pərakəndə satış məntəqələrində 300 qramlıq çörək 45 qəpiyə yox, 40 qəpiyə satılacaq.
 

"Turkdunyasi.az" Sfera.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, daxili bazarda çörək istehsalçılarına 50 kiloqram unun 33-34 manata təklif olunduğunu nəzərə alaraq bazar ertəsindən - yəni iyul ayının 17-dən 300 qramlıq çörəyin topdansatış qiymətinin 36 qəpiyə, pərakəndə satış qiymətinin isə 40 qəpiyə satılması tövsiyə olunub.
Çörəyin qiymətinin ucuzlaşması dünya bazarlarında taxılın ucuzlaşması ilə izah olunur.

Bizimlə əlaqə saxlayın