16 
iyl
2023
17:30
79

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Emin Əmrullayevin şəxsən diqqətinə: Qarabağ Regional Təhsil İdarəsində hansı maxinasiyalar aparılır?

16 iyl, 2023
17:30
1179

Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə apardığı,məmurları onlara tapşırılmış öz qulluq mövqelərindən şəxsi mənfəətləri üçün deyil, dövlətin və xalqın maraqlarına uyğun işləmələrinə dair, əks təqdirdə isə ciddi şəkildə cəzalandırılacaqları barədə etdiyi çağırışlar heç kimə sirr deyildir.
Hətta buna misal olaraq bir neçə yüksək çinli məmurun xidməti otaqlarında əsaslı şəkildə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmələrinin də şahidi olmuşuq. Yəni, heç kim nə özünü xüsusi statuslu və toxunulmaz bilməsin, nə də bəzi işbaz məmurlara “qorxma arxandayıq” ifadəsi ilə yalan vədlər verən havadarlarına arxayın olmasınlar,onları da bu aqibət gözləyir, anonsunu vermək kimi də qəbul olunmalıdır, bu kimi həbslər.
Bu gün Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil idarəsinin gizlində qalmış bəzi qaranlıq məqamlarına işıq salmağa çalışacaqdıq. Ancaq təəssüflər olsun ki,yazı hazırlandığı ərəfədə digər daha geniş və oxucular üçün daha maraqlı informasiyalar təqdim edildiyi üçün sizləri növbəti yazının intizarında qoymaq məcburiyyətində qaldıq. Həmin hazırlayacağımız yazıda biləcəksiniz ki,
regional idarənin müdiri Gündüz Əbilov və Əsasli Tikinti və Təchizat Idarəsinin Regionlarla İş Təşkilatı Sektorunun müdiri Gündüz Məmmədovun birgə fəaliyyətində nələr olub və olur?
Eyni zamanda həmin sektorun mühəndisi
Xalıqverdi Əliyevin və “SH inşaat xidməti” MMC-nin iş icraçısı Elşən Haciyevin də daxil olduğu bu gizli işbirliyi sayəsində onlar hansı “maxinasiyalar”ı həyata keçiriblər.

Bizimlə əlaqə saxlayın