19 
iyl
2023
12:30
115
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Bura Vətəndir!” - “Azərişıq” elektrik dirəklərini dəyişməkdənsə, Astaranın ucqar kənd sakinlərinə yaşayış yerlərini dəyişməyi təklif edir
19 iyl, 2023
12:30
13115
Astara rayonunun Şiyəkəran kəndinin bir qrup sakini Azərbaycan Porezidenti cənab İlham Əliyevə ünvanladıqları açıq video-müracəti redaksiyamıza göndərərək mediada ictimailəşdirilməsini xahiş etmişlər. Təqdim olunan video-görüntülərdən bəlli olur ki, dağlıq-meşəlik hissədə yerləşən evlərin elektriklə təchizatı bərbad vəziyyətdədir və təhlükə vəd edir. Kənd sakinləri Xalid Babayev və Ramil Vəliyev bildirirlər ki, hələ sovetlər dönəmində qonşu Mamusta kəndindən çəkilmiş elektrik xəttini daşıyan dirəklər çoxdan sıradan çıxıb. Onların yenisi ilə əvəzlənməsi üçün dəfələrlə “Azərişıq” ASC-nə və digər aidiyyəti qurumlara müraciətlər etsələr də, heç bir tədbir görülməyib. İllər boyunca sakinlər özləri naqilləri ağaclara əllərinin çatdığı hündürlükdə bağlayıblar. Naqillərlə yerin arasında 1,5, ən çoxu isə 2,0 metr məsafə vardır. Xətt meşənin içindən, qayaların, çayların üstündən keçən piyada cığırının üstündən keçir ki, bu da qonşu kəndə məktəbə gedən uşaqlar üçün təhlükə yaradır. Valideynlər məcbur olub işlərini-güclərini ataraq uşaqları məktəbə özləri aparmalı olurlar. Nəinki, qarlı-yağışlı günlərdə, hətta xəfif külək əsəndə də ağaclar aşıb naqilləri insanların və heyvanların üstünə ata bilər. Lənkəranda yerləşən Cənub Regional Elektrik Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin Astara Elektrik Şəbəkəsinin əraziyə sonuncu dəfə baxış keçirən nümayəndəsi sakinlərə bildirib ki, bura elektriklə təminatı bərpa etmək üçün əlverişli yer deyil və onlar (sakinlər) burada yaşamağa məcbur deyillər. Bu sözlər 35-dən çox təsərrüfatda birləşən 180-dən çox sakini, o cümlədən, “Bura Vətəndir!” deyən şəhid ailələrini, qaziləri çox məyus etmişdir.
Kənd sakinləri hesab edirlır ki, dövlətimizin vətəndaşları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün ayırdığı vəsait məmurlar tərəfindən mənimsənilir, təyinatı üzrə sərf edilmir.
Problemin həlli ilə bağlı hansı işlərin görüləcəyini öyrənmək üçün “Azərişıq” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. ASC-nin rəsmisi bildirdi ki, təqdim olunan kadrlar köhnə kadrlardır. Lakin kadrlar təzədir. Hətta köhnə olsa da belə, problem yerindədir, həlli üçün heç bir iş görülməyib. Kim əksini iddia edirsə, biz də yerimizdəyik, sakinlər də. Müşayiətimizlə gedib yerində baxış keçirə bilərlər.
İbrahim Hümbətov