E-mail: [email protected]
FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynovun əməlləri.. - Asiman və Ramal qardaşlarının Qubada, Xaçmazda meyvə bağları…
Asiman Hüseynov özü barəsindəki şok videonu saytlardan necə sildirib..?
Haqqında bəhs edəcəyimiz Asiman Elxan oğlu Hüseynov barəsində media üzərindən xırda bir araşdırma aparmalı olduq.
İlk qarşımıza çıxan məlumat onun Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif siyahısında adı və soyadı oldu. Belə ki, 2020-ci ildə bu adam xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
İndi gəlin görək, bu adamın dövlət qarşısında xidməti nədir..? Ümumiyyətlə, Asiman Hüseynov kimdir və nəçidir..?
Məlumat üçün qeyd edək ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı olan Asiman Hüseynov barəsində mediada ŞOK VİDEO yayılıb və sonradan bütün saytlardan sildirilib. Amma saytlarda çörək zavodunun sahibi olan şəxsin Asiman Hüseynov haqqında dedikləri qalıb. Çörək zavodunun sahibi deyir ki, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Asiman adlı əməkdaşı məndən 100 min rüşvət istəyir.
Sözün qısası, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Asiman Hüseynov uzun illər sahibkarlara qan uddurub. Bu adam qısa vaxtda milyonlara sahib olub. Və onun qazandığı milyonları qardaşı Ramal Hüseynov Nizami rayonunda MTK sahibi kimi tikinti biznesinə yönəldib. Bəli, təəccüblənməyin. Ramal Hüseynov özü də Memarlıq və Şəhərsalma Komitəsinin əməkdaşı olub.
Təsəvvür edirsiniz, dövlət məmuru həm də MTK sahibidir. Və üstəlik Xətai rayonu ərazisində Nəzarətə Nəzarət funksiyasını həyata keçirib. Bu qardaşların Qubada, Xaşmazda, Qusarda meyvə bağları, tarlaları və daha nələri var.
Hazırda Ramal və Asiman qardaşlarının ofisi Qara Qarayevdə fəaliyyət göstərir. Bir çoxları deyə bilər ki, Ramal və Asiman Hüseynov qardaşları haqqında deyilənlər həqiqətə uyğun deyildir, haradandır hər ay 2000-2500 manat məvacib alan Asimanda o qədər pul. Və yaxud da dövlətdən 860 manat məvacib alan Ramal Hüseynovda 1 milyon 350 min manat pul haradandır? Ya bu pullar hansısa böyük oliqarxa malikdir, ya Ramal Hüseynovun qardaşı FHD-də idarə rəisinin müavini olan Asima Hüseynova məxsusudur, ya da Ramal Hüseynovun özünündür. Biz belə düşünürük ki, bu qədər pulu ancaq rüşvət müqabilində qazanmaq olar. Ramal Hüseynov özü sübut edir ki, onda 1 milyon 350 min manat pul olub. Deməli, Ramal Hüseynov 1 milyon 350 min manata hansısa bir mülkü alırsa, ondan əlavə Ramal və Asiman Hüseynov qardaşlarının 1 milyarda yaxın varidatlarının olmağını ehtimal etmək olar.
Onu da qeyd edək ki, bu qardaşların hüquq-mühafizə orqanlarına verdikləri rəsmi izahatda milyonlara sahib olduqları tam təsdiqlənir. Asiman və Ramal Hüseynov qardaşlarının digər əməlləri ilə bağlı araşdırmamız davam edir. Onu da bildirək ki, FHN-nin rəsmi işçisi olan Asiman Hüseynovun qardaşı Ramal Hüseynov möhtəbər bir şəxsin adından istifadə edir. Ardı var...