avq
2023
12:00
64

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Polisdən narkotik ƏMƏLİYYATI: Saxlanılanlar arasında qadın var

2 avq, 2023
12:00
764

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin və psixotrop tərkibli dərmanların qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, keçirilən
əməliyyat tədbiri nəticəsində N.Yusifova və Tərlan Pirverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Şəxsi axtarış zamanı qadından metadon həbi aşkar edilərək götürülüb.
O, ifadəsində həmin psixotrop tərkibli dərmanı Tərlan Piverdiyevin ona saxlamaq məqsədilə verdiyini bildirib.
Keçirilən digər əməliyyat zamanı isə İsmayıllı şəhər sakini Dilqəm İsrayılov saxlanılıb. Üzərinə keçirilən baxış zamanı saxlanılan şəxsdən qurudulmuş marixuana aşkar olunub.
Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın