6 
avq
2023
17:30
52
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Mədəniyyət Nazirliyinin musiqi məktəblərinə işə qəbulda daha bir QANUN POZUNTUSU
6 avq, 2023
17:30
852
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli 3-24/3-1-f-63/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu QAYDALARI”nın 5. bəndinin (Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanının keçirilməsi qaydası) 5.1 yarımbəndində qeyd olunub ki, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanının vaxtı və keçiriləcəyi yer barədə məlumatlar imtahanın keçirilməsinə azı 30 gün qalmış Nazirliyin və regional idarələrin rəsmi internet informasiya ehtiyatlarında, sosial şəbəkələr üzərində olan rəsmi səhifələrində elan olunur.
Amma ötən il olduğu kimi bu il də bu qaydanın tələbləri pozulub.
Belə ki, bu il imtahan iyulun 16-da keçirildiyi halda məlumat iyunun 24-ü nazirliyin rəsmi saytında yayımlanıb. Halbuki bu məlumat qaydalarda əks olunduğu kimi azı 30 gün əvvəl, yəni iyunun 16-dan gec olmayaraq dərc olunmalı idi.
Digər tərəfdən, ötən il də musiqi məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi üçün təxminən 1000 nəfər qeydiyyatdan keçmiş, Mədəniyyət Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında 17.06.2022 tarixdə bağlanmış satınalma müqaviləsinə əsasən nazirlik prosesə 141 600 manat vəsait xərcləmişdi. Bu il isə DİM təxminən 1000 nəfər namizəddən 75 manat rüsum almaqla (ümumilikdə təxminən 75 000 AZ) müsabiqəni keçirib.
Deməli, müsabiqənin test mərhələsini yarı qiymətə də həll etmək olurmuş. O zaman sual olunur ki, əlavə təxminən 65 min manatdan çox vəsait niyə xərclənib və ya həqiqətən prosesə xərclənibmi? Məgər ötən il imtahan qiymətləri builkindən dahamı yüksək olub?
Çingiz Səfərli