12 
avq
2023
08:30
57

Tel:+99450 352 82 91
E-mail: [email protected]

`Xezeriaşə` işçilərin yeməyinə NİYƏ HARAM QATIR? - GİLEY

12 avq, 2023
08:30
1557

"Azneft 28 May NQÇİ 13 saylı DDÖ-dən məktub var! "Xəzəriaşə"dən şikayət yenə də..." dafiə Təşkilatının rəhbəri Mirvari Qərhəmanlı çıxış edib.

Tanınmış hüquq müdafiəçisi bildirir ki, ona Neft Daşlarında çalışaan adi işçilər giley edib. M.Qəhrəmanlı işçilərin şikayəti olduğu kimi təqdim edir:

"Özüldə çox acınacaqlı vəziyyətdədir. Ərzaqla təminat yoxdur. Sosial şöbəyə də bu gün buranın müdiri yazıb müraciət edib. Pendir nədir ki, o belə yoxdur. Ərzaq olsa belə iyulun 27-dən avqustun- 12 - nə kimi olan aşbazlar yemək bişirə bilmirlər.

Xahish edirəm bu haqda biz fəhlələrə yardım edin, buranın aşbazlarını yəni 27 -dən 12-nə olan aşbazlarını dəyişsinlər. O biri smende olanlar adam balası kimi yemək bişirirlər. Kimnsə daydayı var deyə, biz fəhlələr əziyət çəkirik.

Sosial şöbəyə 13-cü özüldə rəis əvəzi olan insan yazıb, biz fəhlələr şikayət etdik, burda jurnala etirazımızı yazdıq, amma heç bir dəyişiklik yoxdur. Bizim üstümzə gəlirlər ki, niyə şikayət etmisiniz. Belə olmaz axı... ağır şəraitdə işləyir, baxan yoxdur..."

İddia olunanlarla bağlı di.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Bizimlə əlaqə saxlayın