31 
avq
2023
14:30
114

Tel:+99450 352 82 91
E-mail: [email protected]

“Zakir Fərəcovun sağı-solu təmizlənir”… – Nə məsələdir?…

31 avq, 2023
14:30
11114

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan Əkrəm Zeynallının Sumqayıtın icra başçısı Zakir Fərəcovun kürəkəni olduğu üzə çıxıb.


Turkdunyasi.az Tribunainfo.az-a istinadən xəbərinə görə, Ə.Zeynallı daha əvvəl İsveçrədə, o cümlədən Lixtenşteyndə səfir vəzifəsində çalışıb. Lakin onun gözlənilmədən Pekindəki elçi postundan geri çağırılması suallar doğurub. Təbii ki, səfirlərin geri çağırılması və təyin olunması birbaşa Prezidentin səlahiyyətində olan məsələdir. Sadəcə, icra başçısının kürəkəninin fəaliyyəti ilə bağlı təqdimatun olması istisna deyil.

Görünür ki, onun fəaliyyətində hansısa nöqsanlar aşkarlanıb, yaxud səfirlikdə maliyyə mənimsəmələri üzə çıxıb, yaxud Çində kommersiya fəaliyyəti haqda dosye əldə edilib.

Eyni zamanda, gələn xəbərlərdə o da iddia edilir ki, Ə.Zeynallının səfir vəzifəsi ilə vidalaşmasına səbəb kimi qayınatası Z.Fərəcovun halqasının daralması göstərilir. Məlumatlara görə, Sumqayıtın icra başçısı ətrafında gedən proseslərdə çəmbəri daraldılır, vəzifələrə qoydurduğu qohum-əqrəbaları kreslolaları ilə sağollaşırlar.


Fərəcovların gücü özünü vəzifələrdə göstərir. Qardaşı keçmiş millət vəkili Nazim Fərəcov, oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcovdur, bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcovdur, bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənovdur.

Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov, qudası Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mehdi Səlimzadə, qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı, kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı, qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə eks nümayəndəsi Cəmil Quliyev…Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev, qardaşının qudası “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov, Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov isə biznesmen…

Onlayn media resurslarında gedən xəbərlərə görə, həm də son vaxtlar Sumqayıtda aparılan yoxlamaların davamı kimi kürəkənin səfir postundan kənarlaşdırılması göstərilir. Belə ki, Sumqayıtda bu ayın əvvəlində təhsil müəssisələrində ayrı-ayrı vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı yerli prokurorluqda araşdırmalar aparılıb. Vətəndaş müraciəti əsasında aparılan araşdırma zamanı dövlət büdcəsindən ayrılmış 27 min 860 manat vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin araşdırmalarda Sumqayıt Şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, onun bazasında yaradılmış Abşeron-Xızı Regional Təhsil İdarəsinin ayrı-ayrı vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində dövlət tərəfindən məktəbə verilən 103 min 130 manat dəyərində invental avadanlıq və mal-materialların məktəbin vəzifəli şəxsləri tərəfindən mənimsənilməsində əsaslı şübhələr müəyyən olunub.

Araşdırmaların nəticəsi olaraq faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın