E-mail: [email protected]
Şəki Regional Ekologiya idarəsinin rəisi Akif Məmmədov və idarənin əməkdaşları öz işlərinin öhtəsindən gələ bilmirlər
Turkdunyasi.az "Qaynar-xett.az-a istinadən xəbər verir ki, dünən ətraflı nəzərinizə çatdırmışdıq ki, Şəki rayon, Biləcik kənd ərazisində qanunsuz kömür istehsal edən şəxs, ağaclara və meşələrə qənim kəsilib. Şəki Regional Ekologiya idarəsinin rəisi Akif Məmmədov və idarənin əməkdaşları öz işlərinə məsuliyyətsiz yanaşırlar.
Onu da qeyd etmişdik ki, Şəki Regional Ekologiya idarəsinin rəisi Akif Məmmədov yazının və çəkilişin yayıma gedəcəyini bildikdən sonra əl-ayağa düşüb, sözügedən ərazinin ünvanını axtarırdı. Həmin əraziyə baxan ekologiya işçisinin bütün bu qanunsuzluqlardan xəbəri var. Ya rəisdən gizlədir, ya da rəis özü də bilir ama özünü bilməməzliyə vurur.
Redaksiyamızın əməkdaşları artıq bir müddətdir sözügedən ərazidədir. Redaksiyamız aidiyyatı qurumlara səs saldıqdan sonra bu gün Şəki Regional Ekologiya idarəsinin əməkdaşları bizə video material göndəriblər. Videoya baxanda aydın olur ki, sözügedın ərazini tapıblar və təmizlik işləri aparıblar.
Siz fikir verin Ekologiya idarəsinin əməkdaşları necə passiv, necə məsuliyyətsiz işləyirlər ki, özləri bu boyda qanunsuzluqları tapıb aşkar edə bilmirlər. Qaynarxett-az İnformasiya Xəbər Portalı qanunsuzluğu, faktları tapır, araşdırır, onların bilmədikləri şeyləri gündəmə çıxarır. Onlarda anında həmin ərazidə təmizlik işləri aparıb, utanmadan çəkib göndərirlər.
Aadama deyərlər ay Şəki Regional Ekologiya idarəsinin rəisi Akif Məmmədov və idarənin əməkdaşları. Bu cür qanunsuz, neqativ halları axtarıb gündəmə gətirib həll etmək sizin işinizdir. İndi əl-ayağa düşmək lazım deyildi. Özlərini təsəlli etmək üçün Akif Məmmədov əməkdaşları yığıb sözügedən ərazidə təmizlik işlər aparıb.
Belə nəticəyə gəlmək olur ki, Ekologiya idarəsi əməkdaşlarının görə bilmədikləri işi jurnalistlər görür. Onlar yalnız dövlətdən maaş alıb rahatca yeməyi bilirlər. Qazandığın o pulu gərək haqq edəsən. Bu əməlli başlı vəzifədən sui istifadə etməkdir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. İşinə məsuliyyətsiz yanaşan, vəzifəsindən sui istifadə edərək ancaq öz cibini doldurmaqla məşğul olan insanlar araşdırılmalı, barələrində ciddi tədbir görülməlidir.
Əməkdaşlarımız həmin ərazidədirlər, tezliklə yeni məlumatlarla sizi məlumatlandıracağıq.
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.