11 
sen
2023
16:55

26

yuxarı
Şəhidin cənazəsi Füzuliyə gətirildi - FOTO

11 sen, 2023
16:55
726
Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş hərbçi Hüseynov Əli Heydər oğlunun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Turkdunyasi.az xəbər verir ki, Əli Hüseynov Füzuli rayonunun Yağlıvənd kəndində anadan olub. 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb. Qalıqlar bu gün Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib.
Şəhidin qalıqları ata-anasının məzarlarının yanında torpağa tapşırılır.