11 
okt
2023
16:30
84

Tel:+99450 352 82 91
E-mail: [email protected]

COLD KORONA adlı təmir tikinti MMC dələduzluq yolu ilə Göyçaylılara küllü miqdarda ziyan vurdu- Prezidentə müraciət! (Video)

11 okt, 2023
16:30
584

Bu günlərdə Göyçay rayonunda "COLD KORONA" MMC adı altında təmir tikinti işləri ilə məşqul olan dələduzun toruna düşən sakinlər və həmçinin tikinti materialları satışını həyata keçirən bir çox sahibkarlar çıxılmaz vəziyyətdə qaldıqları barədə hefteaz.com-a video material təqdim ediblər. Apardığımız araşdırmalardan məlum olur ki, bu MMC rəhbərinin ucbatından yerli sakinlərə 150 min manata yaxın ziyan dəyib.

01.08.2023 ci il tarixdə Göyçay Şəhəri Nizami küçəsində ofis icarəyə götürərək fəaliyyətə başlayan COLD KORONA TƏMİR TİKİNTİ MMC sahibi Fərəcov Yalçın Elman oğlu xeyli sayda rayon sakinlərinin evini təmir edəcəyi adı altında külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyərək, özü ilə gətirdiyi ustalarla birlikdə aradan çıxıb.

COLD KORONA adlı təmir tikinti MMC dələduzluq yolu ilə Göyçaylılara küllü miqdarda ziyan vurdu- Prezidentə müraciət! (Video)

foto – Yalçın Cəfərov
Maraqlı hal odur ki, Yalçın Fərəcov ofisə işə götürdüyü işçilərin əməkhaqlarının 50%-ni ödəsə də qalan hissəsini ödəməmişdir.
Burada dələduzluq halları baş verdiyindən hesa edirik ki, aidiyyatı qurumlar məsələyə münasibət bildirəcək, lazım olan tədbirləri görəcəklər.
Mövzu diqqətimizdədir.

Bizimlə əlaqə saxlayın