12 
noy
2023
11:10
69

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər cəzalandırılıblar - FOTO

12 noy, 2023
11:10
1369

Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkarlanıb.
Ərazinin zibillənməsi halları ilə bağlı altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizimlə əlaqə saxlayın