E-mail: [email protected]
Dövlət növbəti dəfə ucuz mənzillər satır - AYLIQ ÖDƏNİŞ 128 MANATDAN BAŞLAYIR
Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan Yaşayış Kompleksinin birinci mərhələsində, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, Gəncə Yaşayış Kompleksində və Sumqayıt layihəsində mənzillərin güzəştlə satışı barədə elan dərc edib.
Marja.az elana istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzilin, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə 1 mənzilin, ümumilikdə 432 mənzilin satışı 16 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcəkdir.
Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla mida.gov.az internet saytının ana səhifəsində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.
Satışa çıxarılan mənzillər barədə ümumi məlumat
Satışa Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379, Gəncə Yaşayış Kompleksi üzrə 34, Sumqayıt layihəsi üzrə 1 mənzil olmaqla, ümumilikdə 432 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.
Satış şərtləri və qiymətlər:
Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.
Mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
1 otaqlı mənzillərin qiyməti – 32 725 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 42 415 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 57 120 manatdan başlayır.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
Studio tipli mənzilin qiyməti – 34 085 manat,
2 otaqlı mənzillərin qiyməti – 49 028 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 897 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 83 895 manatdan başlayır.
Gəncə Yaşayış Kompleksi üzrə:
Studio tipli mənzillərin qiyməti – 29 623 manatdan,
2 otaqlı mənzillərin qiyməti – 47 940 manatdan,
3 otaqlı mənzillərin qiyməti – 61 668 manatdan,
4 otaqlı mənzillərin qiyməti – 81 685 manatdan başlayır.
Sumqayıt layihəsi üzrə:
3 otaqlı mənzilin qiyməti – 63 325 manatdır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti (ilkin ödəniş 10%, müddət 30 il, kredit faizi illik 4%) vəsaiti hesabına aldıqda:
Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə:
aylıq ödəniş 1 otaqlı mənzil üçün 141-142 manat, 2 otaqlı mənzil üçün 183-213 manat, 3 otaqlı mənzil üçün 246-266 manat təşkil edir.
Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:
aylıq ödəniş studio tipli üçün 147 manat, 2 otaqlı mənzil üçün 211 manat, 3 otaqlı mənzil üçün 266-281 manat, 4 otaqlı mənzil üçün 361-419 manat təşkil edir.
Gəncə Yaşayış Kompleksi üzrə:
aylıq ödəniş studio mənzil üçün 128 manat, 2 otaqlı mənzil üçün 206 -208 manat, 3 otaqlı mənzil üçün 265-278 manat, 4 otaqlı mənzil üçün 351-353 manat təşkil edir.
Sumqayıt layihəsi üzrə aylıq ödəniş 3 otaqlı mənzil üçün 272 manatdır.
Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.
Güzəştlə mənzil əldə etmək hüququ olan şəxslər mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, gözləmə qaydasında mənzillərin seçimi və mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla mida.gov.az internet səhifəsində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı Bakı, 1 saylı Sumqayıt və 1 saylı Gəncə), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.