dek
2023
08:30
211

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Cəlilabad meşələrində “Qırmızı Kitab”a düşmüş ağaclar məhv edilir – 300 min manatlıq paya biznesi (FOTO, VİDEO)

6 dek, 2023
08:30
7211

11 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində meşələrin kütləvi məhv edilməsi bağlı yeni faktlar qeydə alınıb.

Cəlilabad sakinlərinin AzToday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, təbiəti qorumalı olan ekologiya işçiləri yaşıllıqların məhvində birbaşa və ya dolayı yollarla iştirak ediblər.

Belə ki, Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında adları “Qırmızı Kitab”a düşmüş və digər ağac cinsləri kəsilib. Əksər kəsilən ağacların üzərinə izi itirmək üçün torpaq çəkiblər.

Həmin görüntüləri təqdim edirik:
Cəlilabad meşələrində “Qırmızı Kitab”a düşmüş ağaclar məhv edilir – 300 min manatlıq paya biznesi (FOTO, VİDEO)

Həmçinin, Cəlilabad meşələrindən adları Qırmızı Kitaba daxil edilmiş ağac cinslərindən olan azat ağacından müxtəlif ölçülərdə payalar kəsilərək Cəlilabad və Masallıda çiyələklə məşğul olan sahibkarlara satılır.
Şikayətçilərin iddiasına görə, 2 metrlik paya 2 manat, 70 sm-i isə 1 manata satılır. Paya biznesindən ildə 300 min manata yaxın pul qazanıldığı bildirilir.

Başqa bir qanunsuz qırıntı sahəsi Göytəpə meşəbəyliyinin 11 saylı dolayında qeydə alınıb. Şikayətçi tərəfindən çəkilən görüntülərdə iddia olunur ki, meşə gözətçisi meşələrə qənim kəsilsə də, müraciət etdiyi müvafiq qurumlar indiyə kimi heç bir tədbir görməyib.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: "AzToday.az"

Bizimlə əlaqə saxlayın