21 
avq
2024
12:04
54

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Şəmkir xəstəxanası 34 min manatı görün nəyə xərcləyib

21 avq, 2024
12:04
454

Şəmkir rayon Mərkəzi Xəstəxanası bir ayda iki dəfə dəftərxana ləvazimatları və təsərrüfat malları alıb. Turkdunyasi.az Tribunainfo.az-a istinadən xəbər verir ki, dünən bununla bağlı daha bir tenderə son verilib.
Belə ki, Şəmkir xəstəxanası bu tenderlər 34 min manatlıq dəftərxana və təsərrüfat malları alıb. Satınalma müqaviləsi isə “A4 OFİS” MMC ilə bağlanılıb.
Qeyd edək ki, bundan öncəki tenderdə də eyni şirkətlə eyni məzmunda satınalma müqaviləsi bağlanılıb. Birinci müqavilədə isə rəqəm indikindən iki dəfə çox olub.
Maraqlıdır ki, Şəmkir xəstəxanası səhiyyə ocağı kimi fəaliyyət göstərir, yoxsa, nəşriyyat tiplidir? Ən azından eyni məsələ ilə bağlı bir ayda iki dəfə tenderin keçirilməsi də başadüşülən deyil.

Bizimlə əlaqə saxlayın