E-mail: [email protected]
İsmayıllıda Carəsiz Ailə Ölkə Başçısından kömək İstəyir/FOTO
Nazir Sahil Babayev həyətində olan 7 toyuğa görə ailəyə ünvanlı sosial yardım verməkdən imtina edib.
RİATV.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayılıb. Bu ailə İsmayıllıda yaşayır və olduqca çətin durumdadır. Ailənin Beş azyaşlı övladı var.
Ayaqqabıları geyimləri və məktəb ləvazimatları olmağı üçün uşaqlar məktəbə getmir. Ailənin yeməyə quru çörəyi belə yoxdur. Ailədə yalnız ata Nuşirəvan Şəfərəliyev KMK-da işləyir və aylıq 280 manat maaş alır.
Vəssalam. Bu Ailə ilə nə rayon rəhbəriliyi maraqlanır nə adiyyəti qurumlar nədə ki, rayonun deputatı. Ailə qeyd edir ki, Dəfələrlə ünvanlı sosial yardım almaq üçün müraciət etsək də bundan imtina ediblər ki, həyətinizdə 7-dənə toyuq var. Ailə başçısı Nuşirəvan kişı deyir ki, balalarımın üzünə baxa bilmirəm əlacım tezliklə vətəndaşlıqdan imtina etməkdir. Eyni zamanda ailə Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanovdan narazı olduqlarını bildirirlər. Ölkədə məmurların prezidentə qarşı fəaliyyət göstərdiyini qeyd edən ailə köməklik göstərilməsi üçün prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edir.