18 
sen
2024
09:56
68
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Payız Azərbaycana bu tarixdə daxil olacaq
18 sen, 2024
09:56
568
.Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.
Turkdunyasi.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.