dek
2024
13:41
25

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Azərbaycanda unun son qiymətləri açıqlandı - Rəsmi

5 dek, 2024
13:41
925

Azərbaycanda unun son topdansatış qiymətləri açıqlanıb.
Turkdunyasi.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, dekabrın 2-dən etibarən ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl" MMC (26 manat), ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-dir (28 manat 20 qəpik).
Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26-28,20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 26,20-28,20 manat təşkil edirdi.
Beləliklə, ötən ayla müqayisədə istehsalçılar unun aşağı həddinin qiymətini 20 qəpik azaldıblar.
Dekabrın 2-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib:
“ATS MİLL" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,30 manat;
"Anadoluqida" və "Hazartürk LTD" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27 manat;
"AVETA", "KARAT HOLDİNQ" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,05 manat;
"Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat;
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Karmen", "Orxan UN", "Sünbül 2012", "Xırman", “SKY AGRO”, "Taxıl AQRO" MMC-lər, "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,95 manat;
"Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,40 manat;
"Dəvəçi-Taxıl" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26 manat;
"Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,25 manat;
"NEON" Firması, "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,50 manat;
"Qarabağ un" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 26,80 manat;
"Avrora" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti – 27,20 manat.

Bizimlə əlaqə saxlayın