dek
2024
09:47
28

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Xərçəngin ilkin mərhələdə əsas əlamətləri

7 dek, 2024
09:47
628

Xərçəng əlamətləri şişin növündən və onun yerindən asılıdır.
Turkdunyasi.az xəbər verir ki, bu barədə Rusiyanın Terapiya və Profilaktik Təbabət üzrə Milli Tibbi Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Oksana Drapkina "Doktor Piter" nəşri ilə söhbətində danışıb.
Həkim xərçəngin ilkin mərhələsinə xas olan əsas simptomları qeyd edib.
Drapkinanın fikrincə, xərçəng xəstəliyi çox vaxt səbəbsiz arıqlama ilə müşayiət oluna bilər. O bildirib ki, yemək vərdişlərini dəyişmədən və ya məşq etməyə başlamadan bir insan çəkisinin ən azı beş faizini itiribsə, mütləq həkimə müraciət etməlidir.
Bundan əlavə, xərçəngin bir əlaməti daimi yorğunluqdur ki, istirahət etməklə bu yorğunluq keçmir. Həmçinin, əlamətlərə kəskin respirator virus infeksiyasının başqa simptomları olmadan ağrılı öskürək, udma problemləri və göyərmə, zədə və ya travmaların səbəb olmadığı xroniki ağrılar aid ola bilər.
Drapkina xərçəngin digər mümkün əlamətlərinə genişlənmiş limfa düyünləri, xalların xarici görünüşünün dəyişməsi və ya dəridə yeni törəmələrin peyda olması, həmçinin mədə-bağırsaq yolunun və sidik ifrazı ilə bağlı problemlərin, mədədə yanma hissi, qəbizlik, ishal, tez-tez sidiyə getmə, bu prosesin ağrılı olması, sidiyin rənginin dəyişməsi, nəcisdə və ya sidikdə qanın olduğunu bildirib.
Drapkina aydınlaşdırıb ki, bir və ya bir neçə simptomun müşayiət olunması həmişə xərçəngə işarə etmir, lakin bu zaman yaxşı olardı ki, həkimə müraciət edilsin.

Bizimlə əlaqə saxlayın