yan
2025
10:41
36

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Azəriqaz" iki günə vətəndaşa 132 manat borc yazdı - ŞİKAYƏT

4 yan, 2025
10:41
436

Vətəndaş qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir.
Turkdunyasi.az Oxu.Az-a istinadən xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat artıq borc yazıldığını bildirib.
"Yanvarın 1-də qaz üçün 50 manat ödəniş etmişdim, 20 manat borcum qalmışdı. Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?" - deyə vətəndaş sual edib.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə sorğu ünvanlanıb.

Bizimlə əlaqə saxlayın