fev
2025
23:13
81

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Allah ucaldanı bəndə alçalda bilməz

1 fev, 2025
23:13
781

Arxalıya arxa durma deməsinlər yamaqdı
Arxasıza arxa dur ki, desinlər ki, dayaqdı.
Yazıma Azərbaycanın görkəmli ilk xalq şairi Səməd Vurğunun belə bir dəyərli aforizmi ilə başlamağım heç də təsadüfi deyil.
Müdrik bir kəlamda deyildiyi kimi insan dünyaya gələrkən onun ruhu və zəkası bəyaz lövhənin əksinə bənzəyir. Böyüyüb, yetkinləşərək, kamala çatdıqca aldığı elm onun mənəviyyatına ziya saçır. Ziyalılar üstün təbəqənin nümayəndələridir.
Zaman keçdikcə həyat dəyişir, insan şüuru sürətlə zirvələrə doğru yol açır. Yurdumuz, vətənimiz yetirdiyi xeyirxah, ziyalı insanların nurunda inkişafa doğru irəlilədikcə, biz yazarlar ilham alır, onların həyat və fəaliyyətini işıqlandırmaq arzusunu reallığa çeviririk. Elə mən də bir yazar olaraq yazımın əsas qəhrəmanının şərəfli ömür yolunu, xeyirxah əməllərini işıqlandırmaq məqsədilə yola çıxdım. Haqqında qələmə alacağım insan da arxasıza dayaq duran, sözün həqiqi mənasında imkansızlara qol-qanad olan, ələlxüsus şəhid ailələrinə, qazilərə, vetiranlara xüsusi diqqət və qayğı nümayiş etdirən, əsil ziyalı ömrü yaşayan Tərtər Suvarma sistemləri idarəsinin rəisi Murad Zeynalovdu. Belə ki, Murad Zeynalov hələ Bərda Su-kanal idarəsinin müdiri işlədiyi dövürdə də, hər zaman dövlətə sədaqətlə xidmət edərək rəhbərliyin etimadını doğruldub vəzifəsini ləyaqətlə və layiqincə icra edib, hər kəsin rəğbətini qazanmışdır. Bəli şərəfli həyat yolu keçən, vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil azərbaycanlıdır. Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Murad müəllimin sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların

gözü yaşlı qalmazdı, deyir Murad müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir. Murad Zeynalov rəhbərlik etdiyi Tərtər Suvarma sistemləri idarəsinin  bütün kollektivinin hər zaman fikirlərini səbrlə dinləyir, hər kəsə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır. Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Murad Zeynalovda var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir. Bəli, ona müraciət edən hər kəsə doğma insanı kimi münasibət bəsləyən Murad müəllim onların hər birinə qayğı ilə yanaşır, səmimi rəftar edir. O, sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Murad Zeynalov dəyişməz qalır. Murad Zeynalovun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər, deyə tövsiyyə edir. Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Murad Zeynalovun dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir. 
Mən bir yazar olaraq bəzi "Bloggerlərə" demək istəyirəm ki, heç kimin nahaqdan haqqına girib qərəzli şəkildə işgüzar nüfuzuna xələl gətirib şər-böhtan atıb qarayaxma kampaniyası aparmayın. Axı elin gözü tərəzidir. Unutmayın ki, Allah ucaldanı bəndə alçalda bilməz. Bizdə "Turkdunyasi".az redaksiyasının bütün yaradıcı heyəti adından fəaliyyətinin bütün dövrlərində özünün yüksək milli-ictimai şüuru, mədəniyyəti, yüksək peşəkarlığı, prinsipiallığı, heyrətləndirici əmək qabiliyyəti, böyük analitik düşüncəsi, sadəliyi, təvazökarlığı və son dərəcə humanistliyi ilə fərqlənən bu dəyərli insana, sağlıqlı uzun ömür arzulayırıq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi məsuliyyət tələb edən çətin və şərəfli  işində bir daha uğurlar arzulayır, şərəfli fəaliyyətiniz, ləyaqətli ömrünüz uzunömürlü, davamlı olsun, Murad müəllim! 

Müəllif: "Əbədi Türk Birliyi" Komitəsinin mətbuat katibi, "Turkdunyasi".az informasiya portalının Təsisçi və Baş redaktoru  Mübariz Nağısoy.

Bizimlə əlaqə saxlayın