10 
fev
2025
13:57

29

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru
E-mail: turkdunyasi.az@mail.ru
yuxarı
Müəllimlərin sayı azalacaq, maaşlar artacaq - Nazir

10 fev, 2025
13:57
429
Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq.
Turkdunyasi.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
"Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.