E-mail: [email protected]
Əhməd Cavadla bağlı sualına görə tənqid olunan aparıcı: “Təki reklamınız getsin” - FOTO/VİDEO
Ötən gün ARB-də yayımlanan “Xəbər-ətər” verilişində Zümrüd Bədəlova verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Turkdunyasi.az xəbər verir ki, aparıcı ünvanına səslənən mənfi rəylərə qarşı səssiz qalmayıb.
Bədəlova sosial media hesabında paylaşım edib:
“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq... Nə qədər gülürəm sizə, kef edin, təki reklamınız getsin”, - deyə Zümrüd əlavə edib.
Qeyd edək ki, ötən gün milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi münasibətilə şairin nəvəsi Anar Axundzadə “Xəbər-ətər” verilişində qonaq olub. Zümrüd Bədəlova qonağa “Babanızı görmüsünüzmü?” deyə sual verib. Anar isə təəccübünü gizlədə bilməyib və “yox, babam 1937-ci ildə güllələnib”, - deyə bildirib. Aparıcının məlumatsızlığı sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.
Sözügedən paylaşımları təqdim edirik: