23 
may
2022
13:26
115

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Flora Kərimova Afəti yıxıb-sürüdü: “Boş-boş hədələrdən əmələ nə vaxt keçəcəksən?”

23 may, 2022
13:26
14115

“Hansı təfəkkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm?”
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova məhkəməlik olduğu müğənni Afət Fərmanqızı ilə bağlı açıq məktubunda qeyd edib.
Sözügedən açıq məktubu təqdim edirik:
“Bir insana ya vətəndaşlığına görə hörmət edərsən, ya şəxsiyyətinə, ya analığına, ya insanlığına, ya qadınlığına. Və bir insan ki qərəzli məqsədi üçün hər şeyindən keçir, vay onun halına. Afət, sənə sonuncu dəfə sözümü 2019-cu ildə dedim, bu daha bir son olsun. Bu zamana kimi mənim kimliyimin, düşüncəmin fərqində olmadan necə mənə savaş açırsan? Necə məni özünlə eyni tərəziyə qoyursan? Gülməli deyilmi? Başqasının ağlına arxalanıb ümidlərlə bəslənən Afət, 81 ildə sənin ağlına gəlməyən sınaqlardan, bacara bilməyəcəyin şərlərdən keçib, savaşlardan nəinki qalib, yaralanmadan çıxmışam. Sən indiyə kimi başa düşmədin ki, sənə ağıl verənlərin buynuzları mənim əlimlə qırılıb? Hansı təfəkkürlə düşünə bilirsən ki, mən kiminsə kölgəsində gizlənə biləcək kiçiklikdəyəm? Kiminsə kölgəsi ola bilərəm?
“Müxalifət Flora” deyib, məqsədini hesablayıb, hansı nəticəni gözləyirsən? Kimlərisə öz məntiqinə görə şantaj edəcəksən və mən haqlı olduğum yolumdan yayınacam? Bir gün birinə eyham vurursan, sabah başqasına. Budur yeganə çıxış yolun? Əzbərlədiyin “açıqlayacam”, “mənə göndəriblər”, “əlimdə faktlarım var” kimi boş-boş hədələrdən əmələ nə vaxt keçəcəksən? Nə gözləyirsən, nədir səni saxlayan? Məni “məhkəməyə vermişəm” deyib, indiyə kimi sənə cinayət işi açılan məhkəməyə gələ bilməyəcək qədər cəsarətsizsən! “Ad çəkmirəm” deyib ağlına görə Ruhi xanıma, Nazənin xanıma atmadığın böhtan qalmadı. Bu hal hamilə qadının halından çox, dövrdən kəsilən qadınları xatırladır”.
Kərimova bu məhkəmədən əl çəkməyəcəyini vurğulayıb:
“Bugünkü gülünc səs-küyün, “TikTok”da, “Istagram”da sifarişli paylaşımlar çarəsizliyinin və məğlubiyyətinin göstəricisidir. Bu xırdaçılığınla mənim adımdan hərf əskiləcək? İki il, düz iki il susdum ki, bəlkə, gəvəzəliyinə son qoyasan. Səninki kin deyildi, səninki susmağımı özünə qalibiyyət bilib, “zəfər”inlə öyünmək idi. Qadınlığına yazığım gəldi, oğluna yazığım gəldi ki, anasının düşməni mən olmayım. Hər kim olsan belə, anasısan. Mən də oğul anasıyam.
Bunu sən başa düşməyəcək qədər sadəlövhsən. Sənin özünün özünə elədiyin pisliyi heç kim sənə etmədi. Adımdan özünə ad elədin, hörmətimdən özünə hörmət görə bildinmi? Yenə təkrar edirəm, sənin nə ölündən əl çəkənəm, nə də ölüm səndən əl çəkər! Tanrı möhlət verərsə, hər kəlmənin haqq-hesabını çürüdəcəyəm. Gizlənməyin, qaçmağın başqa sifəti var?
Bir gün olmaramsa, mən “bəziləri kimi” sonsuz deyiləm. Oğlum var, qızım var, varislərim var! Onlar sənin şərlərini mənim üzərimdə saxlayan deyillər. Sənin isə iki yolun var, ya Vətənə həsrət sürgün həyatı sürəcəksən, ya gəlib məhkəmədə mənim ünvanıma təhqir-böhtanlarına cavab verəcəksən”.
Qeyd edək ki, Afət Fərmanqızı Oxu.Az-a açıqlaması zamanı Flora Kərimovanın arxasında duran şəxs olduğunu bildirərək: “Bu məhkəmənin adı Floranındır. O, məni ona görə məhkəməyə verdi ki, bunun arxasında duran qüvvə var. Mən o qüvvəni dəqiqləşdirdim. Floranın arxasında dayanan 60 yaşlı əyriayaq var. Həmin 60 yaşlı əyriayaq ilə Floranın yazışmaları, səs yazıları hamısı əlimdədir. Bu, sifarişli işdir”, - deyə əlavə etmişdi.

Mövzu ilə əlaqədar

Afət Fərmanqızı ilə bağlı qətimkan tədbiri seçilə bilər? - Vəkildən AÇIQLAMA + YENİLƏNİB/VİDEOAfət Fərmanqızı axtarışa verilməsindən danışdı: “O əyriayaqla yazışmaları əlimdədir” - YENİLƏNİB“Hürür, tutmur” deyən Afətə Flora Kərimovadan cavab: “Sən əminsən ki, mən tuta bilmirəm?” - ÖZƏL AÇIQLAMA

Bizimlə əlaqə saxlayın