4 
iyn
2022
17:33
130
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
"Bir daha ana ola bilməyəcəm" - "Toppuş bacı"
4 iyn, 2022
17:33
14130
Əməkdar artist Tünzalə Əliyeva kimyaterapiyalarının davam etdiyini bildirib.
Axşam.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda “TikTok”da canlı yayımda deyib. O bildirib ki, xəstəliyi hələ də ağır formada qalıb:
“Kimyanı alıram, törəməyə çatmır. Buna görə də su içməyim vacibdir. Bilmirəm müalicəm nə vaxt bitir. Heç nə bilmirəm”.
Yenidən ana olmaq istəməsi haqda suala isə “Toppuş bacı” “Daha heç vaxt ana ola bilməyəcəm” cavabını verib.
Qeyd edək ki, “Toppuş bacı” ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. Hazırda isə şiş onun sümüyündə aşkarlanıb.