E-mail: [email protected]
Bu, birinci dəfə deyilmiş: Cənubdakı soydaşlarımız yeni video yaydı
Aparıcı Zaur Kamalın iranlı müğənni Afşin Azərini efirdən qovması ölkə mətbuatında səs-küyə səbəb oldu. Verilişdən lentə alınan görüntülər sosial şəbəkələrdə yayılaraq xeyli müzakirə yaratdı.
Zaura bu hərəkətinə görə haqq verənlər olsa da, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti onun efirdən uzaqlaşdırılmasını tələb edərək bu hərəkətini tərbiyəsizlik adlandırıblar.
“Yeni Sabah” xəbər verir ki, yaşananlardan sonra Zaur Kamal verilişin ötən gün yayımlanan buraxılışında bununla bağlı açıqlama verərək öz hərəkətinə haqq qazandırmağa çalışsa da hələ də “topa tutulmağa” davam edir.
Bu dəfə sosial şəbəkələrdə aparıcının vaxtilə digər iranlı sənətçilərlə davranışı gündəmə gəlib.
Belə ki, müğənni Babək Nəhrin də Zaurun qonağı olarkən aparıcının “Tərs sualları” ilə üzləşib. Bu kardları sosial şəbəkələrdə paylaşan Cənubi Azərbaycanlılar Zaur Kamalın onlara qərəzlə yanaşdığını iddia ediblər.
Həmin görüntüləri təqdim edirik: