apr
2022
19:53
100

Tel:+99450 352 82 91
E-mail: [email protected]

Müğənni Şəbnəm: “İnanmıram ki, Vasif hansısa kişiyə belə reaksiya verərdi”

8 apr, 2022
19:53
7100

Müğənni Şəbnəm Qəhrəmanova efirdə onu təhqir edən Əməkdar artist Vasif Məhərrəmliyə cavab verib.
OLAY yazır ki, sənətçi bu barədə “Instagram”da yazıb:
“Vasif bəyə həmişə məndən böyük bir sənətçi kimi hörmətim olub. Dəfələrlə eyni masada əyləşib, çörək də kəsmişik. İndi sual verir ki, uşağımın atası kimdir? Halbuki masa arxasında övladımın atasıyla bir əyləşib. Kim olduğunu da çox gözəl bilir.
Deyir ki, yaş məsələsinə görə mənə “xəsis” deməzdi, bu hadisə illər öncə olub, mən orada çörək kəsdiyim adamın adını zarafatla çəkmişəm və bir yaxınım kimi ərk etmişəm.
Efirdə özünü elə aparır ki, guya məni tanımır, mənim haqda məlumatı işçilərinə tapşırıb ki, onlar araşdırsınlar. Ümid edirəm ki, Vasif bəydə yaddaş problemi yaranmayıb. Əks halda dəfələrlə çörək kəsdiyi adamları unutmazdı.
“Xəsis”lik mövzusunu elə şişirdir ki, sanki bu söz təhqirdir. Halbuki illərdir Türkiyə mediası Emrahı xəsis adlandırır və bu fikirlər Emrahın vecinə deyil. Vasif bəy də mənim kimi məsələyə yumoristik yanaşsa, üzüyünün qaşı düşməzdi. Onun deyiminə görə, mən böyük yeri bilməmişəm, “xəsis” sözü kimi adına “böyük bir ittiham” səsləndirmişəm, “ləkə” yaxmışam, o böyüklük edərdi, zarafatla cavab verərdi.
Qadına şiddətə qarşı dövlətimizin, rəsmilərimizin tədbirlər, aksiyalar, sosial layihələr keçirdiyi bir vaxtda öz həmkarım məni qadın olduğum üçün rahatlıqla təhqir edə bilir, inanmıram ki, hansısa kişi həmkarımız bu fikirləri səsləndirsəydi, Vasif bəy belə reaksiya verərdi.
Orada deyir ki, “Şəbnəmi haraya aparıb, pulunu verməmişəm?” Necə çirkin, bir azərbaycanlı bəyə, məndən böyüyə yaraşmayan fikirlərdir. Halbuki mən heç kimin şəxsiyyətini təhqir etməmişəm. Ancaq bu adam məni efirdə, milyonların qarşısında təhqir edir. Bu da qadına şiddətin bir növüdür. Şiddət elə vurmaq, döymək deyil ki... Vasif bəyin etdiyi psixoloji şiddətin özüdür, televiziyaya baxan tamaşaçılar bu hərəkətdən hansı nümunə götürə bilərlər?
Mənim şəxsi həyatım mənə məxsusdur. Buna heç kimin toxunmağa haqqı yoxdur. Öz ayaqlarımın üstündə duran, zəhmət çəkən, övladımın gələcəyi üçün çalışan bir xanımam. İndiyədək heç kimə pisliyim dəyməyib, bir qarışqanı belə incitməyə qıymamışam. Sakitcə öz işimlə, sənətimlə məşğulam. Yaxşı, pis işlərimi təqdim edirəm. Etdiyim heç bir hərəkətdən də peşman deyiləm. Səhvlərim olubsa da, bu, Allahla mənim aramdadır.
Kiminsə nəyisə sorğulamağa həddi çatmamalıdır. Bu gün efirlərdə yetərincə şiddəti təbliğ edənlər var. Buna icazə verilməməlidir.
Son olaraq, bir qadın kimi, bütün qadınlara səbir, dözüm, həmkarlarıma isə uğurlar arzu edirəm. Xəsis olmaq ayıb deyil, bir çörək kəsdiyin insanın xanımına dil uzatmaq ayıbdır. Mən xəsis olmağı seçərdim, Vasif bəy, çünki ikincisi daha ağırdır!”
Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli onun “xəsis” olduğunu iddia edən Şəbnəm Qəhrəmanovanın ünvanına “10-da görüşək” verilişində: “O sözü lağ edərək, zarafatyana dedi. Ciddi bir şəkildə “ən xəsis müğənni Vasif Məhərrəmlidir”, - bildirsəydi, bu barədə düşünərdim. Çox üzr istəyirəm! Fikirləşərdim ki, bu xanımı nə vaxt harayasa aparıb, pulunu verməmişəm. Eşitdim ki, o xanım heç ailə qurmayıb. Sual yaranır ki, ailə qurmamısan, toy etməmisən. Mən sənə deyirəm ki, uşağının atası kimdir? Ondan soruşuram! Kimdir sənin uşağının atası?” -sözlərini söyləmişdi.

Bizimlə əlaqə saxlayın