E-mail: [email protected]
Aygün Kazımova artıq çəkidən DANIŞDI: “Mən də insanam, iştaham var” - VİDEO
“Arada kökəlirəm, arıqlayıram, fikir verməyin, axı mən də insanam, iştaham var”.
Bu sözləri ARB-də yayımlanan “Söz-baz” verilişinə açıqlamasında Xalq artisti Aygün Kazımova deyib.
“Ürəyimizi nə qədər gözəl tutsaq, həyatımız o qədər də xoşbəxt olacaq. Qurban olduğum bizi hər pis vəziyyətdən çıxarır, heç bir bəndəyə ehtiyacımız yoxdur. Biz səhnə tərimizin bəhrəsini yeyirik, çörəyimiz sizinki kimi halaldır. Yeni mahnılarım “paçka-paçkadır”, yeni layihələr “kilo-kilo”, “kilometr-kilometr”… Nə qədər istəsəniz. Artıq çox ara vermədən tez-tez layihələr çıxacaq”, - deyə Kazımova bildirib.
Sənətçi “Aygün Kazımova olmaq üçün nə etmək lazımdır?” sualına isə: “Dünyaya yeddiaylıq gəlmək, Vətənini çox sevmək lazımdır”, - sözləri ilə cavab verib.
Daha ətraflı süjetdə: