14 
apr
2022
13:26
153

Tel:+99450 352 82 91
E-mail: [email protected]

"Toppuş bacı"nın analizinin CAVABI ÇIXDI- HƏKİMLƏRİN SON SÖZÜ

14 apr, 2022
13:26
6153

Əməkdar artist Tünzalə Əliyevanın bir müddət öncə verdiyi molekulyar qan analizlərinin cavabı məlum olub.
Bu barədə Lent.az-a “Toppuş bacı”nın özü açıqlama verib: Aktrisa bildirib ki, vəziyyəti yaxşı deyil: 
“Molekulyar qan analizimin cavabı yaxşı deyil. Ona görə də sabahdan xəstəxanada kimya terapiya olunacam. Həftədə bir dəfə kimya qəbul edəcəm. Bir müddət sonra həkimlər yenidən məni MRT edəcəklər. Daxildə olan şişlərdə balacalaşma olacaqsa, müsbətə doğru irəliləyiş sayılacaq. Şişlər balacalaşmazsa, həkimlər başqa üsullara əl atacaqlarını dedilər. Hələ ki, bunları edəcəyik. Milli Onkologiya Mərkəzinin həkimlərinə inamım böyükdür. İnşallah məni bu bəladan xilas edəcəklər”. 
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı. T.Əliyeva dünən Lent.az-a verdiyi açıqlamasında şişlərin artıq qara ciyərinə və sümüyünə yayıldığını demişdi: “Əvvəl sümüyümdə və ağ ciyərimdə idi. Belimdə 3 şiş var idi, MRT-dən sonra onun ikisi getdi, biri qaldı. İndi qara ciyərimə keçib. Qan analizi vermişik. Onun cavabı 1 həftəyə çıxacaq. Analizin cavabına uyğun həkimlər müalicə edəcək. Bu xəstəlik məndən əl çəkmir. Allahdan ümid kəsilməz. Həkimlər daim nəzarət edirlər”. 

Bizimlə əlaqə saxlayın