27 
mar
2023
14:12
83
Tel:+99450 352 82 91
E-mail: [email protected]
E-mail: [email protected]
yuxarı
Xalq artistinin vəziyyəti yenidən pisləşdi
27 mar, 2023
14:12
883
Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə axsam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər danışıb. O bildirib ki, atasının səhhəti yenidən pisləşib:
“Səhhətində bir çox problemlər var. Eyni zamanda ürək çatışmazlığından əziyyət çəkir. Həkimlər xəstəxanada qalmasını məsləhət gördülər. Hazırda müalicə alır”.
Qeyd edək ki, A.İsrafilov ötən ilin noyabrında xəstəxanaya yerləşdirilib. Daha sonra evə buraxılan musiqiçi dekabrda yenidən xəstəxanaya gətirilib. A.İsrafilov uzun müddət müalicə aldıqdan sonra evə buraxılıb. Qızı onunla bağlı açıqlama verərkən - "ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib, bütün bunlar böyrəyə də təsir edib", - deyə söyləyib.